Korporativ əməkdaşlıq

Biz korporativ müştərilərimizə xüsusi qayğı ilə yanaşırıq. Hər bir müştərimizin məmnuniyyətini qazanmaq üçün, etibarlı və əmniyyətli xidmətlə yanaşı, xüsusi əlçatan tarif paketlərimiz də mövcuddur. Xidmət haqqının ödənilməsi üçün isə, köçürmə, onlayn və digər nağdsız ödəniş üsulları təklif edilir.

Bütün korporativ müştərilərimiz onlayn portaldan istifadə edərək hər bir sifarişini xəritədə real zaman kəsiyində rahatlıqla müşahidə edə bilər.

Onlayn portal sizə həmçinin sifarişlərinizin aylıq, rüblük və illik hesabatlarını aparmaq imkanı verir

Korporativ xidmətlər

Kuryer xidməti

  • Çeşidli bağlamaların kuryerlə çatdırılması
  • Təcili çatdırılma: Kuryer sifarişi aldıqdan sonra, 1 - 3 saat ərzində Bakı və Abşeron ərazisində istənilən ünvana çatdırır
  • Növbəti günə çatdırılma
  • Təyin edilmiş gündə çatdırılma

Əlavə xidmətlər

  • Kuryer təyin ediləndən sonra, onun nömrəsi müştərinin onlayn portalda olan şəxsi pəncərəsində və mobil aplikasiyasında göstərilir
  • Real zaman kəsiyində kuryerin xəritədə izlənilməsi təmin edilir
  • Kuryerin təyin edilməsi, ünvana çatması, sifarişin götürülməsi və sifarişin çatdırılması haqqında müştəriyə SMS və E-poçt bildirişi göndərilir

Müştərinin şəxsi pəncərəsi

  • Sifariş vermək üçün sorğunun göndərilməsi
  • Sifarişin idarə edilməsi və ləğv edilməsi
  • Sifarişin yerinə yetirilməsi haqqında statusun izlənilməsi
  • Kuryerin xəritədə izlənilməsi
  • Xidmət haqqının ödənilməsi üçün hesabın təqdim edilməsi

SMS və E-poçt bildirişləri

  • Sifariş veriləndə
  • Kuryer təyin ediləndə
  • Kuryer sifarişi çatdırdıqda
  • Sifariş dəyişdirildikdə və ya ləğv edildikdə

İdeal texnologiyanın işinizi necə sürətləndirə biləcəyini görmək istəyirsinizsə, əməkdaşlıq üçün bizi seçin!

// // //